Rusiya 200 mlrd. ziyana düşdü?

“Krımın birləşdirilməsi Rusiyaya 3-4 ilə 150-200 milyard dollara başa gələcək”.

ANS PRESS-in məlumatına görə, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin belə bir açıqlama verib.

O, Vladimir Putinin prezident seçilməsinin 15 illiyi münasibətilə keçirilən dəyirmi masada həmçinin bildirib ki, Rusiya büdcəsi hər il Krıma 6-7 milyard dollar xərcləyəcək.

“Rusiyanın əsas itkisi ikinci dərəcəli xərclərlə, xüsusilə də ölkədən kapital axını və qərbin sanksiyaları ilə bağlıdır”, – deyə keçmiş nazir bildirib.

Aleksey Kudrin çıxışı zamanı onu da bildirib ki, Putinin reytinqini iqtisadi islahatlar keçirmək üçün istifadə etmək lazımdır.

“Əgər Putinin reytinqi islahatlar üçün istifadə edilməzsə, demək onun reytinqi reytinq xatirinə imiş”, – deyə keçmiş maliyyə naziri əlavə edib. …read more

From:: ANS