Soyqrımı dünya tanıyacaq

Quba Soyqırımı Memorial Kompleksində Heydər Əliyev mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cumhuriyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans keçiriləcək.

ANS PRESS xəbər verir ki, 100-dən çox tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak edəcəyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 nəfər alim maraqlı məruzələrlə çıxış edəcək.

Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə açacaq. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Türkiyə Cumhuriyyəti Atatürk Araştırma Mərkəzinin Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA HİEB-nin akademik katibi, akademik Teymur Kərimli, AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və digər görkəmli alimlər çıxış edəcəklər.

1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın bir çox əraziləri – Səlmas, Xoy, Qaradağ, Təbriz, ən əsası Urmiya bölgəsi, bundan əlavə, Şərqi Anadolu və indiki Ermənistanın yerləşdiyi bütün şimal-qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar, o cümlədən bütün türk-müsəlman əhali ermənilərin dünyada analoqu olmayan soyqırımına məruz qaldı.

Konfransda iki bölmədə: “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) və “Şərqi Anadolu, Urmiya, Salmas, və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) fəaliyyət göstərəcəkdir. Konfransda bütün yuxarıda adları qeyd olunan bölgələrdə yaşayan türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımların tarixi əksini tapıb.

1918-ci ilin aprel-may aylarında erməni-daşnak dəstələrinin Quba şəhərində və Quba qəzasının kəndlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirmişlər. 2007-ci ildə Quba şəhərində Qudyalçayın sağ sahilində aşkara çıxarılan kütləvi məzarlıq da bu soyqırımın bariz nümunəsidir.

Konfransın açılışından öncə “Azərbaycan və Şərqi …read more

From:: ANS