Bakının bu yollarındakı problem həll olundu

Bu gün səhər saatlarında istər Babək prospektində, istərsə də Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC -nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq həmin ərazidə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsində yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələbləri də pozulmasa vəziyyət bu günkündən də daha yaxşılığa doğru dəyişəcək.

“Deməli mühəndis yanaşması ilə nəinki həmin ərazidə, digər sıxlıq olan yerlərdə də vəziyyəti tənzimləmək olar. Belə nəticə hasil olur ki, hər şey hərəkətin təşkilindən çox asılıdır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yeni tikinti, yenidənqurma işləri ilə yanaşı, yaxın gələcəkdə paytaxt Bakı şəhərində hərəkətin tənzimlənməsi üçün müvafiq addımlar atacaq”, – deyə P.Mürsəliyev bildirib. …read more

From:: ANS