Bakıda maşın dirəyə çırpıldı, sürücü xəsarət aldı

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadə verdiyi mləumata görə, paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə yanğın hadisəsi baş verib. Qəza zamanı avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS