THY təyyarəsi məcburi eniş etdi

Türkiyə hava yollarına məxsus İstanbul-San Paulu reysi üzrə hərəkət edən Boinq 777 tipli sərnişin təyyarəsi Mərakeşin Kasablanka şəhərinə məcburi eniş edib. Buna səbəb isə, təyyarənin tualetində üzərində “təyyarədə bomba var” yazısı olan kağız parçasının tapılması olub.

Pilot dərhal Kasablanka hava limanından eniş üçün icazə istəyib. Eniş etdikdən sonra axtarış əməliyyatları aparılsa da, bomba tapılmayıb.

Türkiyə hava yollarına məxsus təyyarələr son 3 gündə artıq 2-ci dəfədir ki, bu cür saxta təhlükə ilə rastlaşırlar. Ötən bazar günü İstanbul-Tokio reysi üzrə hərəkət təyyarə oxşar xəbərdarlıqla əlaqədar təcili eniş etməli olmuşdu. Türkiyə rəhbərliyi hər iki saxtakarlığın bir-birilə əlaqədar olmadığını düşünür. …read more

From:: ANS