Ban Ki Mun İŞİD-ə meydan oxudu

İraqın rəsmi şəxsləri ilə danışıqlar aparmaq məqsədilə Bağdada səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi regional problemlərdən söz açıb.

ANS PRESS-in məlumatına görə, BMT-nin baş katibi ban Ki Mun İraqın baş naziri Heydər əl-Abadi və digər yerli hökumət nümayəndələri ilə görüş keçirib.

İraqın baş nazirlik binasında baş tutan görüşdən sonra ortaq mətbuat toplantısı keçirilib. əl-Abadi hökumət qüvvələrinin İŞİD terror qruplaşması ilə mübarizəsindən danışarkən, Tiqrit şəhərinin yaxın zamanlarada terrorçulardan təmizlənəcəyini, daha sonra isə Ənbar və Mosul torpaqlarının zadlığı üçün vuruşulacağını bildirib.

Baş nazir İbadini və toplantı iştirakçılarını ərəbcə salamlayan BMT baş katibi görüşün məhsuldar olacağını dilə gətirib.

“BMT olaraq İraqdakı sülh və əminamanlığın bərpa edilməsi yolunda dəstəyimizi davam etdirəcəyik. İraqın mədəni mirasını məhv edən həmin silahlıların vandallığını qəti şəkildə qınayıram” – deyə B.K.Mun çıxışında səsləndirib. …read more

From:: ANS