Təyyarə vurulmasının şahidlərinə çağırış edildi

Keçən il iyul ayında Ukrayna üzərində MH17 sərnişin təyyarəsinin vurulmasını araşdırasn beynəlxalq istintaq qrupu şahidlərə videomüraciət edib.

ANS PRESS-in məlumatına görə, təyyarənin “Buk” raket qurğusu ilə vurulduğunu əsas versiya kimi təhqiq edən qrup mümkün şahidlərin mühafizə olunacağına təminat verir.

Amsterdamdam – Kuala Lunpur reysi ilə uçan bu təyyarədə 298 nəfər həlak olub.

Hollandiya tərəfindən hazırlanmış ilkin hesabatda bildirilir ki, təyyarə “yüksək sürətli obyektin” təmas etməsi ilə dağılıb.

Bununla belə, Hollandiya Təhlükəsizlik Şurasının hesabatında Rusiya istehsallı “Buk” qurğusunun adı çəkilmir və yekun hesabat gələn oktyabradək açıqlanmayacaq.

Ukrayna hökuməti və Qərb kəşfiyyatı təyyarənin vurulmasında, separatçılara “Buk” raket qurğusunu vermiş Rusiyanı ittiham edir.

Kreml isə iddia edir ki, Malayziya təyyarəsi Ukrayna qüvvələri tərəfindən vurulub.

Hollandiyanın RTL telekanalı bildirib ki, qəza yerindən təyyarənin yer-göy tipli raketlə vurulduğunu sübut edən metal parçası tapılıb.

Çağırış videosunda müstəntiqlər təyyarənin vurulması ilə bağlı müxtəlif foto və materialları da təqdim edirlər.

Buraya məxfi yazılmış radiotelefon danışıqları da daxil edilib. …read more

From:: ANS