Tək böyrək qalan Pele görün nə etdi (VİDEO)

Braziliya və dünya futbolunun canlı əfsanəsi Pele pərəstişkarlarını sevindirib.

ANS PRESS-in məlumatına görə, ötən ay səhhətində narahatlıqlar yaranan və xəstəxanaya çatdırılaraq əməliyyat olunan sabiq qolçu gitarada mahnı ifa etdiyi video yayımlayıb.

“Qol kralı”nın sosial şəbəkədə rəsmi səhifəsində paylaşdığı videoda pərəstişkarlarına, ona dəstək olduqları, eləcə də səhhəti ilə maraqlandıqları – narahat olduqları üçün təşəkkürlərini çatdırıb və hər şeyin yaxşı olduğunu bildirib.

“Mən bilirəm ki, hamı sağlamlığım barəsində çox narahatdır. Amma hazırda yaxşıyam, hər şey qaydasındadır” – deyə ulduz futbolçu sözlərinə əlavə edib.

Qeyd edək ki, 74 yaşlı Pele sidik yolu infeksiyasına yoluxmuşdu. Xəstəxanada intensiv müalicə kursu keçən futbolçunun qanı da təmizlənib. Bundan başqa, onun illərdir bir böyrəklə yaşadığı məlum olub.

…read more

From:: ANS