Hökumət qüvvələri mülki avtomobili atəşə tutdu

Ukraynanın Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında gərginlik qalmaqdadır. Tərəflər arasında atəşkəs rejimi müşahidə olunsa da, ara-sıra ölümlə nəticələnən atışma da baş verir. İki gün öncə Donetskin Şirokine şəhərində təmas xətti yaxınlığıda hökumət qüvvələri avtomobili iriçaplı silahlarla vurublar. Nəticədə bir mülki vətəndaş ölüb, bir nəfər isə yaralanıb. Üsyançılar sübut üçün ATƏT rəsmilərini də hadisə yerinə dəvət ediblər.

Üsyançılar bildiriblər ki, münaqişənin başa çatmasına Kiyev mane olur.

“Minsk razılaşması icra olunmur. Ali Radanın fəaliyyəti nəticəsində qarşı tərəf razılaşma əsasında heç bir addım atmır. Buna baxmayaraq, ümumiyyətlə, atəşkəsə riayət olunur” – deyə Üsyançıların lideri Andrey Purgin bildirir.

Almaniya kansleri Angela Merkel Rusiya Minsk razılaşması öhdəliklərini yerinə yetirənədək rəsmi Moskvaya qarşı təzyiqlərin davam etdirilməsinə çağırış edib.

“Biz Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğumuuz bildirmişik. Lakin bu, müəyyən prinsiplər əsasında olmalıdır. Gürcüstandakı hadisələri, Krımın birləşdirilməsi və Rusiyanın Luqansk və Donetskdəki fəaliyyətini nəzərə aldıqda rəsmi Moskvanın bu prinsiplərə riayət etmədiyini görürük”.

Ukrayna prezidenti Pyotr Poroşenko Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasından nümayəndə heyətini qəbul edib. Kiyevdə baş tutan görüşdə tərəflər Amerikanın Ukraynaya hərbi yardımı məsələsini müzakirə ediblər.

Amerika hökuməti indiyə qədər Ukraynaya 10 zirehli avtomobil verib. Ukraynaya hərbi qüvvələri hərbi dəstək proqramı çərçivəsində daha 230 HAMVİ tipli zirehli avtomobil ilə təchiz olunacaq.

“Düşünürəm ki, bu, bizə çox kömək edəcək. Bizə gecə eynəklərindən tutmuş, Hamvi tipli avtomobillərə qədər hər cür hərbi texnika lazımdır”.

Poroşenko aprel ayında amerikalı hərbiçilərin Yavoriv şəhərində ukraynalı əsgərlərə təlim keçəcəyini də deyib. …read more

From:: ANS