Azərbaycanlıların işlədiyi mağazada qəribə hadisə

Rusiyanın Kalinin vilayətində qəribə oğruluq hadisəsi yaşanıb.

ANS PRESS-in məlumatına görə, Zamşin küçəsində ticarət obyektinə tapançayla daxil olan soyğunçular bir müddət mağazanı gözdən keçirdikdən sonra hadisə yerindən uzaqlaşıb.

Əllərində silahı oynadaraq mallara baxan soyğunçular heç nə oğurlamadan hadisə yerindən uzaqlaşıb. Onların hadisə yerindən qaçdığı “Jiquli” bir müddətdən sonra həmin küçədə atılmış vəziyyətdə tapılıb.

Mağazada satıcı işləyən 30 yaşlı Azərbaycan sakini bu qəribə hadisə barədə polisə xəbər verib. Onun sözlərinə görə, cinayətkarlar göy rəngli “Jiquli” ilə uzaqlaşıblar.

Məlum olub ki, maşın şəhərin 24 yaşlı sakinindən oğurlanıb. Qəribə hadisə ilə bağlı araşdırma aparılır. …read more

From:: ANS