“Ebola” 25 min nəfərə bəla oldu

“Ebola” virusundan ölənlərin sayı 25 mini ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 10 365 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 24 992 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində bu ölkələrdə minlərlə insan çarəsiz şəkildə ölümə təslim olacağı günü gözləyir.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar. …read more

From:: ANS