İdmançımız Avropa ikincisi oldu (FOTO)

25-29 mart tarixlərində Rusiyanın Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində ilk dəfə Olimpiya çəki dərəcələrində taekvondo üzrə Avropa Çempionatı keçirilib.

ANS PRESS-in Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumaıtna görə, yarışda ölkəmizi 4 çəki dərəcəsində 7 taekvondoçu təmsil edib.

Baş məşqçi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionata qatılan idmançılarımızadan Radik İsayev (+80 kq) qızıl medal uğrunda həlledici döyüşdə, Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayır.

…read more

From:: ANS