Şimali Koreyaya xəbərdarlıq

ABŞ və Cənubi Koreya qüvvələri liman şəhəri Pohanq yaxınlığında illik hərbi təlim keçiriblər.

ANS PRESS-in məlumatına görə, Cənubi Koreya hərbi rəsmisi bildirib ki, təlimdə 7 600 dəniz qüvvələri və 30 hərbi gəmi iştirak edib.

Qeyd edək ki, Şimali Koreya mütəmadi olaraq hərbi təlimləri işğala hazırlıq adlandıraraq buna etiraz edir.

Bu ayın əvvəlində hərbi təlimlərdən əvvəl Şimali Koreya şərq sahillərində iki qısa-mənzilli raket sınaqdan keçirib.

“Qartal” adlanan təlimlər aprel ayının 24-dək davam edəcək. …read more

From:: ANS