“Borussiya” qələbə qazandı (VİDEO)

Ötən gün Almaniya Bundesliqasında XIV turun oyunları başlayıb. ANS PRESS-in “Apasport”a istinadən məlumatına görə, 3 gün davam edəcək turun ilk matç günündə 1 qarşılaşma baş tutub.

Autsayder Dortmund “Borussiya”sı doğma publika önündə “Hoffenhaym”la üz-üzə gəlib. Yurgen Klopun yetirmələri bu görüşdə qalib gəlməklə, uğursuzluğa son qoymağı bacarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində İlkay Gündoğanın vurduğu tək qol “Borussiya”ya 3 xal qazandırıb.

Lider “Bavariya” bu gün meydana çıxacaq. Münhen klubu evdə “Bayer”i sınağa çəkəcək.

Turun son matç günündə “Hamburq” “Maynts”ı və “Ayntraxt” isə “Verder”i qəbul edəcək.

Almaniya Bundesliqası, XIV tur
5 dekabr
“Borussiya” D – “Hoffenhaym” – 1:0
Qol: Gündoğan, 17

…read more

From:: ANS