Keçmiş kraliça gözlərini əbədi yumdu (FOTO)

Belçikanın keçmiş kraliçası dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Belçikanın keçmiş kralı 1-ci Baudinin həyat yoldaşı Fabiola cümə günü gecə saatlarında vəfat edib. Bu barədə Kral Sarayının bəyanatında bildirilir.

Bəyanatda, paytaxt Brüssel yaxınlığında yerləşən Stuyvenberq sarayında kraliçanın əbədi gözlərini yumduğu təəssüflə bildirilib. Lakin onun ölüm səbəbi hələ bəlli deyil.

Kraliça Fabiola 1928-ci ildə Madriddə doğulub. Əsl adı Fabiola de Moray Araqondur. O, Belçikanın beşinci kralı Baudinlə 1960-cı ildə ailə qurduqdan sonra Belçikanın kraliçası olub. Onun həyat yoldaşı 1993-cü ildə dünyasını dəyişib.

…read more

From:: ANS