Ramil Usubovdan yeni rəis təyinatı

Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.

Əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.

Nərimanov RPİ 18-ci Polis Bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı Polis Bölməsinə rəis təyin olunub.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur. …read more

From:: ANS