Radamel Falkao Türkiyə klubunda

“Mançester Yunayted”in hücumçusu Radamel Falkao mövsümün sonunda Türkiyəyə köçə bilər.

ANS PRESS-in məlumatına görə, kolumbiyalı ulduz futbolçu “Fənərbaxça”dan təklif aldığını bildirib.

Müqavilə ilə “Monako”ya məxsus olan və “Mançester Yunayted”də icarə əsasında çıxış edən Falkao “Fənərbaxça” ilə danışıq apardığını gizlətməyib: “Fənərbaxça” rəhbərliyi mənimlə əlaqə saxladı və təklifini etdi. Hazırda menecerim danışıqları davam etdirir. Hər şey “Mançester Yunayted” rəhbərliyinin qərarından asılıdır”.

Qeyd edək ki, “Mançester Yunayted” mövsümün sonunda Falkaonu 59 milyon avroya transfer etmək hüququna malikdi. Lakin “qırmızı şeytanlar” onun çıxışından məmnun qalmadığı üçün bu keçid böyük ehtimalla baş tutmayacaq. …read more

From:: ANS