Azərbaycan Serbiya ilə qarşılaşa bilər

AFFA yoldaşlıq oyunu ilə bağlı danışıqlar aparır.

ANS PRESS qurumun saytına istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Azərbaycan milli komandası rəqib meydanında Norveç yığması ilə qarşılaşacaq.

Bu oyuna hazırlıq məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır.

Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək. …read more

From:: ANS