“Yuventus” büdrədi

İtaliya A seriyasında XIV turun oyunlarına start verilib. ANS PRESS-in “Apasport”a istinadən məlumatına görə, tur Florensiyada başlayıb.

Burada lider “Yuventus” “Fiorentina”nın qonağı olub. 13 oyundan yalnız bir dəfə məğlubiyyət üzü görən “Qoca Sinyora” ikinci dəfə meydanı heç-heçə ilə tərk edib. Qarşılaşmada hesab açılmayıb – 0:0.

Bu gün “Roma” “Sassuolo”nu, “Torino” “Palermo”nu sınağa çəkəcək.

Sabah isə Avropa Liqasnın qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” isə “Cuzeppe Meatsa” stadionunda “Udineze”ni sınağa çəkəcək.

Qeyd edək ki, tura “Kalyari” – “Kyevo” və “Verona” – “Sampdoriya” matçı ilə yekun vurulacaq.

İtaliya A seriyası, XIV tur
5 dekabr
“Fiorentina” – “Yuventus” – 0:0 …read more

From:: ANS