Bütün bunlar Allahın möcüzəsidir (FOTO)

Həkimlər bu qidalardan mümkün qədər çox istifadə etməyin vacibliyini dəfələrlə qeyd edirlər. Amma konkret olaraq hansı bitkinin hansı orqanizmə gərəkli olduğunu çoxumuz bilmirik.

Allah heç nəyi boşuna yaratmayıb. Yer üzündə nə varsa özünəməxsus missiyası var. Meyvə və tərəvəzlərin xeyri barədə az danışılmayıb, az yazılmayıb. Yaradan öz möcüzəsinin hər yerdə, hər an bizə göstərir. Sadəcə bunu görmək lazımdır…

ANS PRESS kök, pomidor, üzüm, lobya, soğan, qoz və zeytun haqqında maraqlı faktları diqqətinizə çatdırır:

Kök: Kök dilimi insan gözünə bənzəyir. Elmi araşdırmalar kökün gözlərdə qan axımını tənzimlədiyini və gözün funksiyasını yaxşılaşdırdığını göstərir.

Pomidor və qan: Pomidorda ürəkdə olduğu kimi dörd hissə var və qırmızı rəngdədir. Bütün araşdırmalar pomidorun ürək və qan üçün faydalı olduğunu göstərir.

Qoz və beyin: Qoz kiçik bir beyinə bənzəyir. Və beyin funksiyaları üçün faydalıdır.

Üzüm və ürək: Üzüm salxımı ürək formasındadır, hər bir üzüm dənəsi də qan hüceyrəsinin görünüşünə bənzəyir. Araşdırmalar üzümün ürək ve qan canlandırıcı bir qida olduğunu göstərir.

Lobya tumu və böyrək: Lobya tumlarının görünüşü böyrəyə bənzəyir və böyrək funksiyalarını yaxşılaşdırır.

Soğan və hüceyrə: Soğan insan bədənindəki hüceyrələrin görünüşünə bənzəyir. Bütün hüceyrələrdən artıq maddələrin təmizlənməsinə kömək edir.

Zeytun və yumurtalıq: Zeytun yumurtalıqların sağlamlığına ve funksiyasına kömək edir.

…read more

From:: ANS