Millinin futbolçuları qəzaya düşdü: ölən var (FOTO)

Macarıstanla AVRO-2016-nın son seçmə oyunu Yunanıstan millisinin 3 futbolçusu üçün sonuncu ola bilərdi.

ANS PRESS-in məlumatına görə, 0:0 bitən oyundan sonra taksiylə hava limanına yollanan Vanqelis Moras, Panayotis Taxtsidis və İoannis Fetfatsidis ağır qəza keçirib.

Futbolçular müxtəlif xəsarətlərlə ölümün pəncəsindən qurtulub. Sürücü isə hadisə yerində keçinib.

Faciə yerindən şəkilləri “Tvitter” hesabında məşhur idman jurnalisti Coni Qeorqopulos yayıb.

Hazırda idmançılar xəstəxanadadır və müalicələri davam edir, onların həyatlarına heç bir təhlükə yoxdur.

…read more

From:: ANS