Bu ölkə yüzlərlə rusu pulsuz qoydu

İspan hakimiyyəti ölkədə yaşayan yüzlərlə rusiyalının bank hesabını dondurub.

ANS PRESS-in məlumatına görə, buna səbəb rusiyalıların öz pullarının haradan gəldiyini zamanında izah etməmələridir. Yerli hüquq müdafiəçilərindən biri olan Qriqorio Fuentes bildirib ki, xarici vətəndaşlardan gəlirlərinin əsaslandırılması haqqında qanun 2010-cu ildə qəbul edilib. “Amma yalnız 2014-cü ildə qüvvəyə minib. Bank hesabları isə yalnız o şəxslərdə dondurulub ki, onlar son 2-3 ay ərzində qanuna məhəl qoymayıblar və tələbi yerinə yetirməyiblər”.

Fuentes onu da əlavə edib ki, bu tələb yalnız külli miqdarda vəsaiti olanlara aiddir.

Qeyd edək ki, Böyük Britaniyada da buna bənzər tədbirlər görülür. Banklar öz rusiyalı müştərilərinə məktublar göndərərək onlardan bank hesablarındakı pulların haradan gəlməsini izah etməyi tələb edir. Əgər rusiyalı bank müştəriləri maliyyəçiləri gəlirlərinin qanuni olmasına inandıra bilməsələr, onların bank hesabları dondurulacaq. Bunun üçün hətta məhkəmə qərarının olması da vacib deyil. …read more

From:: ANS