Nərə ovlayan azərbaycanlılar ələ keçdi

Dəniz sərhədçiləri Xəzərdə qanunsuz ov edən balıqçıları saxlayıb.

ANS PRESS-in məlumatına görə, nərə cinsi balıq ovlayan 4 azərbaycanlı ələ keçirilib. Hadisə Xəzərin Qazaxıstan sektorunda baş verib. “Sahil mühafizəsi” tərəfindən saxlanılan azərbaycanlılar qayıqlı motorla təchiz edilmişdi.

“Sahil mühafizəsi”nin xəbərdarlığına məhəl qoymayan balıqçılar sərhədi pozaraq yollarına davam ediblər. Havaya iki xəbərdaredici atəş açılıb.

Bundan sonra brakonyerlər təslim olublar. Qayığa baxış zamanı 240 nərə balığı aşkar edilib. Balıqlarının ümumi çəkisi 946 kiloqram olub.

Faktla bağlı hüquq-mühafizə orqanları xəbərdar edilib. Hazırda araşdırma aparılır. …read more

From:: ANS