Məşhur yazıçı “Neftçi”yə prezident təyin edildi

Yazıçı Çingiz Abdullayev “Neftçi”yə prezident təyin edildi

ANS PRESS-in məlumatına görə, bu barədə aznews.az saytı xəbər yayıb.

Kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məsəli ilə bağlı ANS PRESS-ə açıqlama verib. O, Çingiz Abdullayevin “Neftçi”yə prezident təyin olunduğunu təsdiqləyib. X.Rzanın sözlərinə görə, yayılan məlumat həqiqətə uyğundur.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb. …read more

From:: ANS