Cənubi Koreya və ABŞ dünyaya meydan oxudu

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayıb.

ANS PRESS-in məlumatına görə, Pohanq şəhərində keçirilən hərbi təlimlərdə iki ölkədən ümumilikdə 7600 hərbçi iştirak edir. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə Cənubi Koreya tərəfindən 30-a yaxın gəmi, o cümlədən amfibiya döyüş gəmisi, ABŞ tərəfindən isə iki iri döyüş gəmisi iştirak edir.

Təlimlər ABŞ və Cənubi Koreya arasında hər il keçirilən “Gənc Qartal” birgə hərbi təlimlərinin bir hissəsi olaraq həyata keçirilir. Şimali Koreya bu təlimləri “təxribat” adlandırır. …read more

From:: ANS