Çexlər NATO qoşunlarına hücum etdi

Çexiyada hökümət amerika hərbi konvoyuna pomidor və yumurta atmağı qadağan edən fərman qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə “World Socialistic Web Site” portalı yerli telekanala istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, Şərqi Avropanın siyasi və hərbi güclərinin əsas hissəsi ABŞ silahlı qüvvələrinin paradını alqışlayıb. Bundan əlavə istənilən müxalifin hərəkətinin qarşısı alınıb. Çex televiziyası vətəndaşlara ABŞ hərbi konvoyuna pomidor və yumurta atmağın lazım olmaması barədə xəbərdarlıq edib. Bu normaya istənilən etiraz 3 illik həbsə gətirib çıxara bilər.
Qeyd edək ki, Estoniyada keçirilən təlimlərdən qayıdan ABŞ hərbi konvoyu Latviya, Litva, Polşa, Çexiya və Almaniya ərazilərindən keçib.

Polşa müdafiə nazirinin sözcüsü Boquslav Pasek bildirib ki, bu “şərqdə olan bəzilərə” NATO-nun güclü və təkmilləşmiş qurum olduğunu göstərən siqnaldır.

Lakin belə bir fərmanın ümumiyyətlə olması onu göstərir ki, Şərqi Avropada heç də hamı ölkələrində NATO silahlarının olması ilə razı deyil. Onlar belə siqnalları müharibə qıcıqlandırmaları kimi başa düşür. …read more

From:: ANS