Yasamalda “TOYOTA” və üç “Mercedes” toqquşub

Yasamal rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üç “Mercedes” və bir “TOYOTA” markalı nəqliyyat vasitələri toqquşub. Qəza isə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Şərifzadə küçəsində Tural Hidayətov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə işıqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı avtomobillə toqquşub. Daha sonra isə nəqliyyat vasitələri “TOYATA” və İntiqam Qarayevə məxsus başqa bir “Mercedes” markalı avtomobillərə də çırpılıb.

Qəzadan sonra hadsə yerinə Yasamal rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşlaı cəlb olunub. Hadisəyə səbəb olan “Mercedes”in sürücüsü Tural Hidayətov və əzilən digər nəqliyyat vasitələrinin sahiblərinin sənədləri yoxlanılıb. Avtomobillər isə cərimə dayanacağına aparılıb. Qəza törədən sürücülərin izahatları alınandan sonra isə hadisəyə hüqqi qiymət veriləcək. …read more

From:: ANS