Yol qəzası 16 can aldı

Bazar günü axşam Misirin Sohaq mahalında mikroavtobus və iki yük maşını toqquşub.

ANS PRESS-in məlumatına görə, Ria Novosti xəbər verir ki, qəza zamanı 16 nəfər həyatını itirib. Qəza Sohaq vilayətindən Qırmızı Dəniz mahalına gedən yolda baş verib.

Sərnişinlərin hamısı Misir vətəndaşlarıdır. Onlar istrahət zonasına yol almışdılar. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə Misirdə yol qəzaları zamanı hər il 12 min insan həlak olur. …read more

From:: ANS