Günün qoroskopu: şəxsi işlərə daha çox vaxt ayırın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – səhər saatlarından etibarən aktiv olun, konkret işlərlə məşğul olun və nə istədiyinizi müəyyənləşdirin. Bu ayın təmayülləri indi formalaşır. Şansınızı dəyərləndirin, yaranan imkanlardan istifadə edin. Siqnalları eşidin, nişanələri görün, tənbəllik etməyin. Maraqlarınızı təmin etmək üçün maksimum intensivliklə çalışın. Əhəmiyyətli məsələnin həllinə başlayın. Əsası isə budur ki, məqsədi konkretləşdirin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın, aktiv istirahət edin. Stress, gərginlikdən qurtulun, güc və qüvvə yığın. Sizi sabah gərgin iş rejimi gözləyir.

Buğa – yeni orientirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın. Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil. Axşam saatlarında istirahət edin.

Əkizlər – öz “dalğa”nızdasınz. İnformasiya gözləyirsiniz. Ünsiyyətlər də bəlli marağınızın təminatına yönəlib. Təmasların xoş təəssürat yaratması üçün vaxtınızı mənasız və boş söhbətlərə səf etməyin. İrəliləyişinizə, maddi maraqlarınızın təminatına yönəlmiş işi təkbaşına görmək daha yaxşıdır. Səfər, səyahətin planlaşdırılması, informasiya axtarışı üçün əlverişli gündür. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Ehtiyatlı olun, travma riski var. İntiuisiya və təhtəlşüurunuza güvənin.

Xərçəng – çalışdığınız sahələrdə aktiv olun. Təəssüratlar boldur. Sizdən daha fəal davranmağı istəyən insanları anlayışla qarşılayın. Situasiyanı nəzarətdə saxlamaq üçün hadisələrin bəzilərinə təkan verin. Qarşılıqlı anlaşmadan çəkinməyin. Bu günədək müəmmalı və mübhəm olan bəzi məsələlərin pərdəarxasından xəbərlər gəlir. Problemlərinizin orijinal həllini tapra bilərsiniz. İfrat gərginliyə, yorğunluğa yol verməyin. Narahatlıq, təşviş və yorğunluq axşam saatlarında başağrısına səbəb ola bilər. Səhhətinizə fikir verin. Lüzum olarsa, pəhriz saxlayın. Axşam saatlarını ailənizlə birlikdə keçirin. Maraqlı məşğuliyyət tapın, ünsiyyətdə olun, istirahət edin.

Şir – məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya …read more

From:: ANS