7,6 ballıq zəlzələ: sunami xəbərdarlığı

Yeni Qvineyanın Papua sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

ANS PRESS-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 9.48 radələrində Taron şəhərindən 45 kilometr cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Sakit okean mərkəzli sunami olacağı barədə xəbərdarlıq olunub. …read more

From:: ANS