Rusiya erməni faşizminə qarşı (VİDEO)

Böyük bir hissəsi Qarabağdan keçir müstəqilliyimizin. Buna görə də Qarabağa aid olan ən kiçik məsələ, hətta Ermənistan özü belə bizə maraqlıdır. Məsələ belədir. Faşizm üzərində qələbənin yubileyi ərəfəsində Ermənilər beynəlxalq miqyaslı bir cinayətdə əlbirlikdə şübhəli bilinir. Özü də bu şübhə bir və ya iki erməni ətrafında deyil, bütün erməniliklə bağlıdır. Ermənistanın 2-ci dünya müharibəsində Hitlerlə əməkdaşlıq etmiş erməniləri bu gün qəhrəman kimi təqdim, özü də bunu faşizmə həlledici zərbə endirmiş bir dövlətin – Sovet İttifaqının varisi Rusiyanın ərazisində etməsi artıq Rusiyanın sağlam düşünən insanlarını ciddi narahat etməyə başlayıb. Rusiyanın “Versiya” qəzetində erməniləri faşizm Almaniyası, şəxsən Hitlerlə iş birliyində ittiham edirlər. Onlar Rusiyanın mədəni məkanının cinayətkarlarların qəhrəmanlara çevrilməsində bir kanal kimi istifadə edilməsindən narahatdırlar. Özü də faşistlərə nökərçilik etmiş ermənilərin Rusiyada qəhrəman obrazını yaratmaqda dövlət özü iştirak edir. Məsələn, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın bu fikrləri ilə tanış olaq: “Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab edirdi ki, həyatın başlıca qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünükamilləşdirməsi uğrunda mübarizədir. Bu mübarizə ölkələr və xalqların inkişafına dönmədən cəhd göstərməsində ifadə olunur”. Bu sitatı Ermənistanın Rusiyadakı təmsilçisi açıq mətnlə “Literaturnaya qazeta”nın müxbiri üçün gətirir. Bəli, bəli. Mən indi sizə söhbətin kimdən getdiyini və bu adamın xalqın inkişafına gedən yolu əslində necə anladığını faktlarla göstərəcəm. Buna qədər isə bir başqa maraqlı fakt. 2014-cü ildə Qaregin Njdenin həyat və fəaliyyətindən bəhs edən bir film təqdim olunub. Özü də elə həmin Moskvada, təntənəli şəraitdə. Bəs kim idi axı bu Qaregin Njde?…

Qaregin Njde kimi məşhurlaşan Ter-Arutunyan terrorçu erməni qruplaşmalarının fəaliyyətində əməyi olan birisidir. 1917-ci il inqilabından sonra Njde erməni milli ordusu təşkil etmək adı altında silahlı dəstə yaradır və dərhal da azərbaycanlılara qarşı hücuma başlayır. Minlərlə insanı qətlə yetirir. Njde və əlbirləri Vedibasarda, Şərqi Anadoluda və Naxçıvanda qanlı qırğınlar törədirlər, azərbaycanlıları qanına qəltan edirlər. Termin və yarlıq seçməkdə xüsusilə xəsislik göstərən Rusiya mətbuatı bu faktları asanlıqla qanlı etnik …read more

From:: ANS