Çində türkə qarşı gülünc ittiham (FOTO)

Çində uyğur türkünə qarşı qəribə ittiham irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, Çinin cənubunda yerləşən Kaşqar vilayətində məhkəmədə 38 yaşlı uyğur türkünə saqqal saxladığına görə 6 il həbs cəzasının verilməsi barədə qərar çıxarılıb. Bildirirlir ki, o, saqqal uzadaraq ətrafdakıları narahat edir.

Onun həyat yoldaşına isə yaylıqdan istifadə etdiyinə görə, 2,5 il həbs cəzası verilib.

Məhkəmənin qərarına əsasən kişi saqqal saxlayaraq, qadın yaylıqdan istifadə edərək ətrafdakıları narahat edib və anlaşılmazlıq yaradıblar.

Son bir ildə Çinin Uyğur bölgəsində kişilərin saqqal saxlamasına qarşı müxtəlif kampaniyalar həyata keçirilir. Qadınlara isə başlarını örtməmək tövsiyyə edilir.

…read more

From:: ANS