Yəməndə yenə qətliam

Səudiyyə Ərəbistanı və ona müttəfiq ölkələrinin qırıcıları bu gün də Yəmən ərazisini bombardıman edib.

ANS PRESS-in məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyinin Təcili Yardım Xidmətinin rəhbəri Əli Şəriə bildirib ki, Yəmənin havadan bombardıman edilməsi nəticəsində 35 nəfər həlak olub, 88 nəfər isə yaralanıb.

O əlavə edib ki, Səudiyyə Ərəbistanının hərbi qırıcıları Sana, Səada və Hudayda şəhərlərində mülki insanların yaşayış evlərini bombalayıblar.

Buna etiraz olaraq paytaxt Səna və eləcə də digər şəhərlərdə yenidən kütləvi etiraz aksiyaları keçirib. Etiraz aksiyasında Səudiyyə Ərəbistanı və onun bir neçə müttəfiqinin əleyhinə şüarlar səsləndirilib. Etirazçılar “Yəmənə qarşı müharibəni dayandırın” yazılı plakatları və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan koalisiyanın aviazərbələri nəticəsində həlak olan uşaqların şəkillərini nümayiş etdiriblər. …read more

From:: ANS