Kamran Ağayev: “Bu bütün Azərbaycanın qələbəsidir” (VİDEO)

“Avro-2016”nın seçmə mərhələsinin H qrupunda keçirilən V turun oyunlarında Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb.

ANS TV-nin məlumatına görə, görüşdə millimiz rəqibini 2:0 hesab ilə məğlub edib. Bununla da milli komandamız “Avro-2016”nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Millimizin uğurlu oyunundan elə yığmanın qapıçısı Kamran Ağayev də danışıb:

“Qələbə ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki Azərbaycanın milli futbol komandası Azərbaycanındır. Milli komandanın bütün futbolçuları özünü deyil, bütünlüklə Azərbaycanı təmsil edir. Biz bu oyunda mütləq qaləbə qazanmalıydıq və qazandıqda. Azərbaycanla müqayisə olunduğu zaman Malta kiçik bir dövlətdir. Eyni zamanda biz nəyinki Maltanı, eləcə də Norveçi və Bolqariyanı da udmalıydıq. Əgər biz Rusiya milli komandasından xala ala biliriksə, bu zaman bunları udmalıydıq”.

Qeyd edək ki, Malta üzərində qələbə ilə millimiz turnir cədvəlində sonuncu pillədən qurtulub və dördüncü pilləyə yüksəlib.

…read more

From:: ANS