Güclü yanğın: 1 nəfər kül oldu

Ucarda güclü yanğın baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində təxminən yarım saat bundan əvvəl baş verib.

Yanğın zamanı evdə olan yaşlı qadın yanaraq ölüb. Hadisə zamanı həlak olanın kimliyi və yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Yanğın zamanı evin bütün əşyaları da yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan sahəsi yanğından mühafizə olunub. …read more

From:: ANS