Dollar düşdü, avro qalxdı

Azərbaycanda ABŞ dolları ucuzlaşıb, avro isə bahalaşıb.

ANS PRESS-in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, son 10 günlə müqayisədə Azərbaycanda dolların manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0484 manat səviyyəsində müəyyən edilib.

Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası 0,0126 manat və ya 1,12% bahalaşaraq 1,1416 manat olub.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. O günə qədər 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək. …read more

From:: ANS