Nazirlər Nərgiz Paşayevanın qızının açılışında (FOTO)

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. ANS PRESS-in məəlumatına görə, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dünya şöhrətli rəssam Tahir Salahov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, “ÜNS” teatrının rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova, “Central Saint Martins” Universitetinin incəsənət, mədəniyyət və dram proqramları üzrə dekanı Mark Danhill, Moskva Dövlət Müasir İncəsənət Mərkəzinin art-direktoru Leonid Bajanov, “Cosmoscow” Müasir İncəsənət Beynəlxalq Yarmarkasının rəhbərləri Marqarita Puşkina və Sandra Nedvetskaya, “Guggenheim UBS MAP Global Art Initiative” layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru Sara Raza, “Art finans” şirkətinin baş direktoru və “Qazprombank”ın vitse-prezidenti Mariya Sitnina, Avstraliyada Tasmaniya Müasir İncəsənət Muzeyinin sərgilər və kolleksiyalar üzrə rəhbəri Varenne Oliviyer, Londonda “ICONGallery” sərgi mərkəzinin direktoru Conatan Uatkins, görkəmli ictimaiyyət xadimləri, mədəniyyət və incəsənət, diplomatik missiyanın nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova bu qeyri-kommersiya təşkilatının fəaliyyətindən söz açıb. O deyib: “YARAT Müasir İncəsənət Məkanı dörd ildir fəaliyyət göstərir. Bu gün isə açılışına toplaşdığımız YARAT Müasir İncəsənət Mərkəzində Qafqazdan olan rəssamların sənət əsərlərini nümayiş etdirəcəyik, habelə dünyanın digər ölkələri ilə müasir incəsənət əlaqələrini gücləndirəcəyik. Həmişə olduğu kimi, YARAT təhsil layihələrini ardıcıl olaraq həyata keçirəcək”.

Mərkəzdə əsərləri nümayiş olunan rəssam Şirin Neşata, habelə YARAT-ın kollektivinə, onu dəstəkləyən təşkilatlara təşəkkürünü bildirən A.Mahmudova deyib: “YARAT-ın kollektivi həqiqətən mənim ikinci ailəm olubdur. Bu layihənin ərsəyə gəlməsində birgə çalışmışıq”.

Sonra çıxış edən rəssam Şirin Neşat Azərbaycanda olmağından və əsərlərinin YARAT Müasir İncəsənət Mərkəzində sərgilənməyindən qürur duyduğunu deyib və YARAT-ın rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin diqqət mərkəzində rəssam Şirin Neşatın Azərbaycanda ərsəyə gətirdiyi yeni əsərlər durur. Sərgidə rəssamın …read more

From:: ANS