BMW partladı: 3 nəfər öldü (YENİLƏNİB)

Ucarda dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, BMW markali avtomobilin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər dünyasını dəyişib. Maşın aşandan sonra partlayış baş verdiyi də bildirilir. Hadisə zamanı ölənlərin yandığı deyilir.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəza nəticəsində sürücü və onun yanında olan iki sərnişin ölüb. Ölənlərin hamısının Qazqumlaq kənd sakinlərinin olduğu bildirilir. Hadisə zamanı dünyasını dəyişənlərin adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar davam edir. …read more

From:: ANS