007 əfsanəsi yenidən gəldi (VİDEO)

ABŞ və Böyük Britaniyanın kəşfiyyat əfsanəsi yenidən gündəmə gələcək.

ANS PRESS-in məlumatına görə, hələ vizyona girməmiş haker qalmaqalı yaşayan film bu ilin axrında tamaşaçılara ənənəvi stildən fərqli təqdim olunacaq.

“007: Spektr” filminin qəhrəmanı bu dəfə beynəlxalq təşkilat ilə mübarizə aparacaq. Naməlum mənbədən gələn şifrələnmiş mesaj Ceyms Bondu Spektr kod adı ilə olan qəddar, qlobal təşkilata gətirib çıxarır. İndi artıq Bond dünyanı yox, ölkənin gizli kəşfiyyat xidmətini dağılmaqdan qorumalıdır.

Döyüş, triller, macəra janrında olan filmin rejissoru Sem Mendesdir. Filmdə Monika Belluççi, Reyf Frayns, Lea Seydu, Deyv Batista, Kristof Vals, Ben Uişou, Naomi Xarris kimi oyunçular yer alıb.

Əfsanəvi xüsusi xidmət agentini isə bu dəfə də aktyor Daniel Kreyq oynayır.

…read more

From:: ANS