Millimizin qalib gəldiyi oyundan maraqlı FOTOLAR

“Avro-2016″nın seçmə mərhələsində evdə Maltanı qəbul edən milli komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

ANS PRESS-in məlumatına görə, Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanıb. Cavid Hüseynov qarşılaşmanın 4-cü dəqiqəsində Azərbaycan millisi önə çıxarıb. Oyunun artırılma dəqiqələrində Dmitriy Nazarov baxımlı qol vurmaqla hesabı 2:0-a çatdırıb.

Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilib.

Azərbaycan – Malta – 2:0
Qollar: Cavid Hüseynov, 4 (1:0), Dmitri Nazarov, 90+2 (2:0)

ANS PRESS qol.az-a istinadən oyundan maraqlı görüntüləri təqdim edir:

…read more

From:: ANS