Keçmiş nazir öldü

Türkiyənin ilk mədəniyyət naziri Tələt Səid Halman vəfat edib.

ANS PRESS-in məlumatına görə, Bilkənt universitetindən verilən yazılı açıqlamada Türkiyənin ilk mədəniyyət naziri və Bilkənt Universiteti müəllimi Halmanın cümə axşamı günü dünyasının dəyişdiyi bildirilir.

O, 1931-ci ildə İstanbulda doğulub. Robert Kollecini bitirdikdən sonra təhsilini Kolumbiya Universitetində davam etdirib. 1953-1960-cı illərdə Kolumbiya Universiteti, 1966-1971 ve 1972-1980-cı illərdə Prinseton Universiteti, 1984-1986-cı illərdə Pennsilvaniya Universitetində türk dilli, ədəbiyyatı ve mədəniyyəti, eləcə də İslam və İslam mədəniyyəti ilə Yaxın Şərq mövzularında dərslər verən Halman, 1986-1996-cı illərdə Nyu York Universiteti Yaxın Şərq Dilləri və Ədəbiyyatı kafedrasında müdiri olub.

Türkiyənin ilk mədəniyyət naziri olan Halman, ən son Bilkənt Universitetində işləyib və elə dərs keçən vaxtı ürək tutmasından dünyasını dəyişib. …read more

From:: ANS