Millimiz İngiltərəyə də uduzdu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsinin oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycan yığmasının yer aldığı 7-ci qrupda II turun oyunları keçirilib.

Əvvəlcə meydana Fransa və Danimarka yığmaları çıxıb. Oyun fransızların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan isə İngiltərə ilə qarşılaşıb. Oyun ingilislərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk turda Azərbaycan Fransaya 0:2, Danimarka isə İngiltərəyə 2:3 hesabıyla uduzmuşdu.

Avropa çempionatı
Elit mərhələ
VII qrup, II tur

28 mart
Danimarka – Fransa 0:2
Qollar: Sehru Quyrassi, 42; 65.
Hakimlər: Nikolay Dabanoviç, Dorcie Raznatoviç (Çernoqoriya), Andrea Krispo, Marko Quyda (İtaliya).
Fler. “Stad-dyu-Aze” stadionu.

21.30 İngiltərə – Azərbaycan 0:1
Qol: Eşli Smit-Broun, 37.
İngiltərə: 13. Freddi Vudman, 2. Eşli Smit-Broun, 5. Brendan Qallovay, 6. Co Qomes, 7. Patrik Roberts (11. Demaray Qray, 61), 8. Ruben Loftus-Çeyk, 12. Temitayo Aina (k), 14. Levis Kuk (10. Çarli Kolkett, 79), 15. Bradley Fevster (İsayah Broun, 83), 16. Aleks Kivomya, 17. Aaron Kuhl.
Ehtiyat oyunçular: 1. Anqus Qunn, 3. Benjamin Çilvell, 9. 18. Robert Dikke.
Baş məşqçi: Sean O`Driskoll.
Azərbaycan: 12. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 3. Qaziməhəmməd Qurbanov, 6. Budaq Nəsirov (16. Emin Zamanov, 89), 7. Mahir Mədətov (k) (11. Roman Hüseynov, 61), 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli (23. Vadim Ağarahimov, 45), 10. Elnur Cəfərov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 17. Qismət Əliyev.
Ehtiyat oyunçular: 1. Ağaseyid Qasımov, 4. Bəhlul Mustafazadə, 5. Renat Ağaverdiyev, 21. İlkin Sadıqov.
Baş məşqçi: Nikolay Adam.
Sarı vərəqələr: Eşli Smit-Broun, 36. Aaron Kuhl, 57 – İlyas Səfərzadə, 2. Qaziməhəmməd Qurbanov, 73.
Hakimlər: Adrien Jakkotte. Vital Yobin (İsveçrə), Stepan Luzi, Benoit Millot (Fransa).
Baye. “Anri Jann” stadionu. …read more

From:: ANS