Mişel van der Heyden Bakıya gəlir

Dağ velosipedi idmançısı Mişel van der Heyden birinci Avropa Oyunlarında Hollandiyanı təmsil edəcək.

ANS PRESS-in məlumatına görə, 23 yaşlı idmançını Hollandiyanın Milli Olimpiya Komitəsinin tələblərinə cavab verməklə Avropa Oyunlarında iştirakını təsdiqləyib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Drunenli van der Heyden 31 dekabr 2014-cü il tarixinə olan UCİ Milli Reytinq cədvəlində qərarlaşdığı 10-cu yer əsasında Bakı 2015 Avropa Oyunlarında iştirak üçün lisenziya qazandı.

Van der Heyden 2009-cu il Avropa Çempionatında dağ velosipedi üzrə gümüş, bundan bir il sonra isə bürünc medal qazanmışdı.

Bakı 2015 çərçivəsində dağ velosipedi yarışı 13 iyun tarixində Dağ Velosipedi Parkında keçiriləcək. …read more

From:: ANS