Rus qolkiperə fakel atan azarkeş saxlanıldı

“Avro-2016”nın dünən keçirilən Montoneqro – Rusiya oyunu zamanı qonaq komandanın qapıçısı İqor Akinfeyevə fakel atan azarkeş saxlanılıb.

ANS PRESS-in məlumatıa görə, Luka Lazareviç adlı azarkeş özü könüllü polisə təslim olub.

Qeyd edək ki, “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Çernaqoriya – Rusiya matçında xoşagəlməz hal yaşanıb.

Oyun başlayan zaman yerli azarkeşlərdən biri Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fakel atıb. Başından zədə alan 28 yaşlı qolkiper xəstəxanaya aparılıb. Bu səbəbdən oyun 30 dəqiqə dayanıb.

Qarşılaşmanın ikinci hissəsində futbolçular arasında çıxan dava səbəbindən isə oyun təxirə salınıb. …read more

From:: ANS