Ansi Aqollidən millimizə dəstək (FOTO)

“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli bu gün keçiriləcək Azərbaycan – Malta matçında millimizə dəstək olub.

ANS PRESS-in məlumatına görə, Aqolli öz “instaqram” hesabından paylaşdığı foto ilə millimizə olan xüsusi rəğbətini bildirib.

Qeyd edək ki, Ansi Aqolli Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsindədir. “Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik”,- deyə “Qarabağ”ın futbolçusu deyib.

Albaniya mətbuatına danışan Ansi Azərbaycan – Ermənistan münaqişəsini unutmayıb: “Məlum məsələdir ki, “Qarabağ”da oynadığımdan bu matç mənim üçün önəmlidi. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar”.

…read more

From:: ANS