Fransadan İrana nüvə məsləhəti

İranın nüvə proqramı ilə bağlı razılaşma bu ayın sonunadək əldə oluna bilər. Bunun üçün danışıqlarda xeyli irəliləyişlər olmalıdır.

ANS PRESS-in məlumatına görə, bunu Fransanın xarici işlər naziri Laurent Fabius deyib.

O, BMT-nin Nyu-Yorkdakı baş qərargahında bildirib ki, İranla danışıqlara qoşulmaq üçün Nyu-Yorkdan İsveçrəyə yola düşəcək.

Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iki gün əvvəl İsveçrənin Luzanna şəhərində danışıqlar aparıblar. Tərəflər martın 31-dək çərçivə razılaşması əldə etməlidirlər. Danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir. …read more

From:: ANS