Bakıda daha bir qadın plastik əməliyyatın qurbanı oldu (VİDEO)

Qeyri-peşəkar plastik cərrahiyə cəmiyyət üçün təhlükəyə çevrilib. ANS TV-nin məlumatına görə, son 5 ildə Azərbaycanda 30 minə yaxın insan plastik cərrahların qapısın döyüb. İnsanlar televiziyada gördükləri şoubiznes nümayəndələrini, Hollivud aktrisalarını özlərinə ideal seçirlər. Onlara bənzəmək üçün kosmetoloq və cərrahlara müraciət edənlər isə bəzi hallarda mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər.

Bir neçə gün əvvəl 18 yaşlı tələbə də belə bir əməliyyatın qurbanı oldu. Burnundan plastik əməliyyat olmaq istəyən Mürsəlova Leyla Namiq qızı əməliyyat zamanı dünyasını dəyişdi. Hazırda əməliyatın keçirildiyi klinikanını fəaliyyəti müvəqqəti dayandırılıb və faktla bağlı araşdırmalar aparılır. Amma nə araşdırmalar, nə də acı sonu nəzərə almayan yaxınlarının peşmanlığı gənc qızı geri qaytarmayacaq. Ehtiyac oldu-olmadı əməliyyata müraciət etmək istəyənlər isə bundan nəticə çıxara bilərlər.

Plastik əməliyyatlara insanları gözəlləşmək istəyi aparır. Xüsusilə gənclər arasında bu daha geniş yayılıb. Məsələn dünyada 45-50 yaşdan sonra istifadə olunana botoks əməliyyatlarına ölkəmizdə daha çox gənclər müraciət edir. Əksər halda salonlarda həyata keçirilən bu əməliyyatlar isə orqanzim üçün çox təhlükəli olur. Ayağına gel vurdurub az qala bütün orqanlarını itirmək təhlükəsilə üz-üzə qalan Afət xanım kimi.

Plastik əməliyyat keçirən Afət Baxışova deyir ki, belə getsə onun ayağı amputasiya olunacaq. Belə ki, qadın ayağınadan əməliyyat olunub. Əməliyyatdan sonra onun ayağında balaca qızartı olub. Beş ay ərzində isə bu qızartı şişə çevrilib. İndi o ağrıdan gəzə bilmir. Həkimlər isə qadının ayağında yad cisimin olduğunu və onu çıxarmağın mümkün olmadığını deyirlər.

Hazırda ölkədə az qala on nəfərdən beşi plastik əməliyyat etdirmiş şəxsdir. Müraciət edənlərin əksəriyyəti burun formalarıdan narazı olanlar, ya da qonşudan qalma geri prisipinə əsaslanaraq özünü işə salanlardır. Psixoloqlar bunun çox böyük təhlükə hesab edirlər.

Psixoloq Elmir Əkbər plastik əməliyyat etdirmə istəyinin çox vaxt daxili natamamlıq kompleksindən irəli gəldiyini deyir. Psixoloq düşünür ki, natamamlıq kompleksi insanın simasını əməliyyat etdirməklə aradan qalxa bilməz.

Daxili narahatlığını simasındakı və …read more

From:: ANS