Şou biznesdə yeni qalmaqal (FOTO)

Bakı filmin təqdimatında, Zaur Nəbioğlunun aparıcılığı ilə ANS TV-də hər şənbə yayımlanan “A-dan Z-yə” verilişi bu dəfə də maraqlı anlar ilə tamaşaçıların marağına səbəb olacaq.

ANS PRESS-in məlumatına görə, Dj Çina, əməkdar artistlər Lalə Məmmədova, Babək Niftəliyev, müğənnilər Əbdül Xalid, Elçin Cəfərov və Mirkamil Kamilovun iştirak etdiyi verilişin çəkilişi bu dəfə Şamaxıda olub.

DJ Çina şou biznesdə olan hansı xanıma söz atdı? Elçin Cəfərov ilk dəfə kimi porodiya etdi? Lalə Məmmədova şəxsi həyatı barədə gündəmdə olan söz söhbətə hansı açıqlaması ilə son qoydu? Babək Niftəliyev hansı etirafları etdi? Şou biznesdə kökü köhnə olan amma bu günəcən ortalığa çıxmayan yeni qalmaqalın təməlin kim qoydu? Əbdül Xalid və Mirkamil Kamilovun düşmənçiliyinə səbəb nədir ? Eyni çəkilişdə bir araya gələn müğənnilər bu məsələ barədə nə dedilər ? ” O məni qəbul etmir ” deyən Xalid daha hansı sözləri ilə bu qalmaqalı daha da alovlandırdı? Bu və digər suallara 28 mart saat 22:00 da ” A-dan Z-yə” verilişində cavab tapılacaq.

…read more

From:: ANS