Bu qız Yaponiyanı böldü (FOTO)

Yaponiyada ənənəvi olaraq hər il keçirilən “Miss Universe Japan” gözəllik müsabiqəsinin qalibi ölkənin bəzi vətəndaşları tərəfindən tənqidlərə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, münsiflər heyəti “Miss Yaponiya” tituluna 20 yaşlı Ariana Miyamotonu layiq görüb. Bundan sonra qızın xarici görünüşcə yaponlara bənzəmədiyi və yetərincə gözəl olmadığını əsas gətirənlər internetdə qalibin ünvanına qəddar tənqidlər yazmağa başlayıblar.

İş burasındadır ki, Ariana təmiz yapon deyil. Yapon genləri ona anasından keçib, atası isə qara dərili afroamerikalıdır. İndi ölkəni bir şey narahat edir – beynəlxalq “Miss Kainat” müsabiqəsində Yaponiyanı saxta yapon qızı təmsil edəcək.

“Miss Yaponiya 2015” Naqasakidə doğulub, ABŞ-da təhsil aldıqdan sonra yenidən Yaponiyaya qayıdıb. Qız deyir ki, xaricən yaponlara bənzəməsə də, qəlbən özünü doğma ölkəsinin nümayəndəsi hiss edir.

Ariana hətta özünü atası Venesuelladan olan afroamerikalı kişi ilə irlandiyalı qadının qızı olan Meray Kerri ilə də müqayisə edib.

…read more

From:: ANS