Erməni spikerin ər təlaşı

İrəvan yüksək qonağın gəlişinə hazırlaşır.

Yerli qəzetlər yazır ki, bu günlərdə Ermənistan paytaxtına Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin gəlir.

Məsələ ilə bağlı bu gün Ermənistan parlamentində çaxnaşma və təlaş yaşanmaqdadır. Moskvadan rəis gəlir, gərək biabır olmasınlar.

İrəvanda dərc olunan “Çorrord işxanutyun” qəzetinin yazdığına görə, erməni parlamentinin şəxsi bufeti üçün xüsusi olaraq ət, ət məhsulları, balıq, müxtəlif ədviyyatlar, bir sözlə, Ermənistan sakinlərinin sonuncu dəfə yalnız kinoda gördüyü çox şey gətirilir.

Erməni konyakının markaları və miqdarı barədə isə danışmağa dəyməz.

Yerli jurnalistlərin yazdığına görə, erməni parlamentinin sədri Qalust Saakyan erməni yeməklərinin və qəlyanaltılarının hesabına Narışkinin xoşuna gəlməyə çalışır.

Qəzet yazır ki, Duma sədrinin gəlişinə qədər sahibkar-deputatlara qeyri-rəsmi göstəriş verilib ki, erməni milli məclisinin başçısının şəxsi bufetini zənginləşdirsinlər.

Boş yerdən demirlər ki, kişinin ürəyinə yol mədəsindən keçir. …read more

From:: ANS